Onlayn xidmət və banklar haqqında bir-iki söz.

in #engrave4 years ago

Onlayn xidmət və banklar haqqında bir-iki söz.
"Evdə qalın biz sizə xidmət edərik" kimi zadlarla əsəblərimizi korlayan banklardan yazıram. Mən illərdi Expressbankın xidmətlərindən istifadə edirəm. Evdə qal söhbətində Expressbank sinifdə qaldı. Deməli, kart sms nömrəmi dəyişməli idim, filiala getmədən bunu edim deyim, əslində bu əməliyyatı bankomat vasitəsi ilə də edə bilərdim, etmədim, bunların 132 çağrı mərkəzləri var, balansında 5 manatın yoxdusa yığma bunlara, yarıda qalarsan. ( Sual 1. Bu yekəlikdə bank çağrı mərkəzlərini niyə pulsuz etmir? ).

Web səhifələrini ziyarət etmək qərarına gəldim. Baxdım ki, vətəndaşların suallarını daha tez cavablandırmaq üçün WhatsApp nömrəsi qeyd olunub. Yazdım.
"Hörmətli Müştəri, xahiş edirik, bütün sorğularınız üçün 132 Məlumat Mərkəzi ilə əlaqə saxlayasınız. Müraciətiniz üçün təşəkkür edirik." 132 zatən var, onda bunu niyə orda qeyd edəsən ki? Sonra bunları facebookda tapıb mesaj yazdım, məndən bütün şəxsi məlumatlarımı aldı, babamın bibisi nəvəsinin ev telefonuna qədər. Nəsə gördüm son bir ildə hara getmişəm, kimə salam vermişəm, onun da yazılı izahatını istəyir, vaz keçdim. Sonda bankomatdan düzəldə bilərsiniz dedilər.

image
Expressbankın ən xoşuma gələn yanı sloqanlarıdır, "İşiniz rahat getsin".


Originally posted on Revan746 Blog. Hive blog powered by ENGRAVE.