Azərbaycanın ilk kriptovalyuta birjası- PulExchange

in #engrave4 years ago

Azərbaycanda ilk dəfə olaraq fəaliyyətə başlayacaq kriptovalyuta birjasının adı PulExchange adlanır. Kriptovalyuta sektoruna marağı və bu sektorda fəaliyyəti olan insanlar üçün bu xəbərin verilməsi şok effekti yaradacağından əminəm.
Birja olaraq “birjadan daha üstün” kefiyyətləri bizlərə verəcəklərindən əmindirlər.

image
Bildiyimiz kimi Azərbaycanda kriptovalyuta və birja məsələri o qədər də inkişaf etməyib. Sıradan bir vətəndaş kriptovalyuta almaq istəsə, necə edəyini, hara müraciət edəcəyini bilmir. Bu işdə PulExchange sizlərə yardım etməyi qarşısına məqsəd qoyub. Bu birja kiçik məbləğlərdə yatırım etmək istəyən insanlara böyük dəstək və yardım edəcək deyə düşünürəm.
Bu sahə yeni olduğu üçün Türkiyənin bu sahə üzrə ixtisaslaşmış şirkətlərindən birinin dəstəyi ilə yaradılan yerli birja Azərbaycanın tanınmış banklarından biri olan Kapital Bank ilə əməkdaşlıq edəcəyi qeyd edilir.
Mövzunu daha geniş şərh etmək üçün PulExchange birjasının Azərbaycan üzrə nümayəndəsi Emil Əliyev ilə əlaqə saxladım, daha detallı məlumat aldım. Yaxın zamanda istifadəyə veriləcək birjanın son tamamlama işləri gedir. Artıq hər kəs istədiyi miqdarda kriptovalyuta əldə edə biləcək və ya cüzdanlarınızda saxladığınız coinləri rahatlıqla Azərbaycan manatına çevirib bank kartınıza əlavə edə bilərsiniz. Emil Əliyevin sözlərinə görə bu əməliyyatı edərkən bir faiz komissiya tutulacaq. Bu da fikrimcə gözəl təklifdir. Yerli bazarın tələbini nəzərə alaraq zaman-zaman daha gözəl və sərfəli təkliflərin də olması mümkündür.
İlkin mərhələdə Bitcoin/Manat, Ethereum/Manat və Ripple(XRP)/Manat qarşılıqlarında mübadilə olunacaq. Zaman-zaman yeni kriptovalyutaların əlavə olunması da planlaşdırılıb.
Sonda onu da qeyd edim ki, mövzunu nəzarətdə saxlayacam, istifadəçi və oxuculara yeni məlumatlar verməyə çalışacam. PulExchange komandasına işlərində uğurlar arzulayırıq.


Originally posted on Revan746 Blog. Hive blog powered by ENGRAVE.