Elon Muskdan ABŞ iqtisadiyyatına şok sözlər.

in #engrave4 years ago

Elon Musk ABŞ iqtisadiyyatını tək tweet ilə şərh etdi.

ABŞ çökür, Bitcoin yüksəlir
Tesla və SpaceX-in CEO-su Elon Musk zaman-zaman Twitter üzərindən paylaşdığı mizahlı paylaşımları ilə yadda qalır.

Elon Musk

Elon Musk bu gün paylaşdığı tweet acı bir gerçəyi ortaya qoymuş kimi görünür. Koronavirus epidemiyası bir çox ölkələrin iqtisadiyyatını sərt sillə ilə vurdu, ən ağır zərbəni isə ABŞ almış kimi görünür Elon Musk-ın mizahına görə.

ABŞ iqtisadiyyatındakı vəziyyət get-gedə daha da ağır hal alır və işsizliyə görə müraciət edənlərin sayı hər həftə rekord qırır.

Hökümət pandemiya səbəbi ilə adam başına 1200 dollar yardım edir və insanlar bu pulları birjalara yönəldib. Coinbase birjasının son ay statistikasına görə 1200 dollarlıq bitcoin alanların sayı durmadan artır.

Coinbase CEO-su Brayan Armstrongun yazdığına görə “son ayda 1200 dollarlıq bitcoin alanların sayı durmadan artır, bunu dəqiq hökümətdən ayrılan yardımla bağlamaq olmaz, amma bu qədər də təsadüf ola bilməz”.


Originally posted on Revan746 Blog. Hive blog powered by ENGRAVE.

Sort:  

Bayağı iyisin revan :)

iyi olmağa çalışıyorum))