İlk yazım ve sosiala dönmək.

in #engrave4 years ago

Hive bizi yenidən yazı yazmağa təhrik edir. #EvdeQal teması uzun zaman davam etsə hər birimiz roman yazarı, hekayə yazarı ola bilərik deyə düşünürəm. Evin hər xırda detallarına qədər əzbər bilirəm. Dərd ağırdı. Baxmadığımız film qalmadı, dizilərin obrazlarını evə dəvət edib çay zad da ikram etdik. Hara gedir bizim axrımız?!!
Bu arada "Netflix" də #EvdQal söhbətindən ən karlı çıxan tərəf oldu. Abunə sayısı və gəlirləri pik həddə çatıb, səhmləri birjalarda yüksəlib. Bəs sizin Netflix hesabınız var?
Bizim də boş durmağa vaxtımız yoxdu, sms ilə çörək almağa icazə alırıq. Zaman evdə keçmir, küçəyə qoymurlar, bu dünya insanlığa məhbəs olub, 2 saat hava almaya buraxırlar.
Yaz gəlib, ağaclar çiçəkləyib biz həyata sözün həqiqi mənasında pəncərədən baxırıq. Öz baxış pəncərəmizdən yox, tikdiyimiz pəncərədən. Çəkin pərdələri Günəş vurur üzümüzə, qaranlıqdır bizim simvolumuz, həyatımız kimi.


Originally posted on Revan746 Blog. Hive blog powered by ENGRAVE.