Stop Loss və Take Profit nədir?

in #engrave4 years ago

*Ümumiyyətlə birja, forex, səhm bazarları ilə maraqlanan və bu sahələr ilə məşğul olmaq istəyən insanların bilməsi gərəkən ana təməl nöqtələr vardır. Bunlardan ən önəmlisi Stop Loss və Take Profit anlayışlarıdır.
Stop Loss və Take Profit anlayışları həm forex həm də kriptovalyuta birjalarında keçərlidir. Dəyişən bir şey yoxdur.
Stop Loss tətbiq etmək üçün ilk öncə dəstək səviyyəsini təsbit etmək lazımdı. Bunun üçün də qrafik oxuma bacarığınızı inkişaf etdirməlisiniz, bu həm 4 saatlıq qrafiklər, günlük, aylıq ola bilər. Hər bir istifadəçi bir məhsulu alarkən onun aylar, illər ərzində nə cür qrafik çəkdiyinə baxmalı, həmin məhsul haqqında bir fikir yürütməyi bacarmalıdır. Dəstək səviyyəsi məhsulu alacağınız yerdirsə Stop Loss-u bu səviyyədə və ya bu səviyyədən bir az aşağı yerləşdirməlisiniz. Stop Loss bizim anlayacağımız dildə “zərərin yarısından qayıtmaq kardır, qazancdır” anlamına gəlir.
Örəyi olaraq qeyd edim ki, bir valyuta və hər hansı bir səhmi aldınız, həmin məhsul gözlədiyiniz performansı vermədi, yəni istədiyiniz yerdə sataraq qazanc əldə etmədiniz, həmin məhsulu aldığınız yerdə və ya aldığınızdan bir az ucuzuna sataraq həmin məhsuldan çıxırsınız. Bu əməliyyata Stop Loss deyilir.
Take Profit isə aldığınız məhsulu dirənc yerində satmaqla əldə etdiyiniz qazancdır. Yenə də ən təməl nöqtə olaraq qeyd edim ki, aldığınız məhsulu harada, hansı qiymətə satacağınıza əvvəldən qərar verməlisiniz və həmin yerdə order yerləşdirməlisiniz.
Ümid edirəm ki, yazıb anlatdığım məsələlər gələcəkdə yatırım sektoru ilə maraqlanan və yeni başlamaq istəyən hər kəsin xeyrinə olacaqdır. *
Crypto Man and Revan746


Originally posted on Revan746 Blog. Hive blog powered by ENGRAVE.