Tələbələrin üsyanı, Steemitdə həyat öz axarında

in Ecency2 years ago

Dekabr ayı üçün topluluğa dəstək verilməsi bir az sual altına düşmüşdü. Bizim tələbələrə təqaüd sözümüz vardı. Əlimizdən gələn o idi ki, davam edən bizimlə qalır və yazılarına dəstək alır. Biz buralara başlayanda bu imkanlar yox idi, harda nəsə yazıb 1 sent ala bilərdikmi deyə var gəl edirdik. Bu gün Steemit Azerbaijan var. Azərbaycandan yazan deyil, topluluğa gəlib yazana hər kəsə dəstək verir. Bizlər sizinlə daha da genişlənib böyük bir topluluğa imza atmış ola bilərdik. Deyəsən olmadıq. Tələbələr proje olaraq sadəcə yazı atım, pulumu alım prinsipi ilə yanaşdılar. Bəlkə də belə bir yazı yazmaq düzgün deyil, amma ürəyimdə saxlamayacam. İşlərdən dolayı bəlkə də kiməsə cavab verilməsi gec olub. Ona görə hər kəsdən üzr istəyirəm. Biz burdayıq, davam edirik.

20211129_120753.jpg

Topluluqda təmizlik işləri davam etdirilir. Bizə davamlı, buranı özünə sosial platforma sayan insanların gəlməsi lazımdır. Təmizlik departamentinin rəhbəri Kamrandır. Axşam zəng edib ki, topluluq dağılır, acil özünü yetir.
Mən də "Üç kuruş" a baxırdım.

20211129_120708.jpg

Orda çəkilən 011 markalı avtomobilin Azərbaycandan aparıldığını bilirdimizmi?

Nə isə. Bəzən sosial test də lazım imiş. Tələbələr və Steemit Student ilə iş birliyimiz davam edir. Bizim tərəflərdə qalanları siyahı edək, like edək görək neçə nəfərik :)

Bu ay üçün də dəstək aldığımız üçün hər bir üzvümüzü təbrik edirəm.

20211127_170329.jpg

Steemit Azerbaijan bizim görüş yerimizdir. Sakit həyat tərzimizdir. Səs küylü tələbələr bir az rəng qatırdı. Davam edərlərsə gözümüz üstə yerləri var. Sağ olun.
Steem alın, bizimlə qalın.

@revan746

steemit post