How to start Web Programming ? What is The Basics ? (avaiable in azerbaijan turkish)

in #programming5 years ago

In Azerbaijan Turkish

Salam , dostlar . Bu gün sizə proqramlamaya-web proqramlamaya necə başlamaq , haradan başlamaq haqqında təməl bilgilər verməyə çalışacağam . Öncəliklə , onu qeyd edim ki , bundan sonra müntəzəm olaraq dərslər seriyasına başlayıram və əgər ki , nədənsə narazılığınız olarsa , hansısa mövzunu anlamasanız , rəy bölməsində qeyd edə bilərsiniz , məmuniyyətlə bildiyim qədər cavablamağa çalışacağam . Əlavə olaraq Discord'da da yaza bilərsiniz , hansı ki , Discord linkimi aşağıda yerləşdirəcəyəm . Bu gün kod yazmayacağıq hələ ki , bu gün proqramlamaya anlayış verəcək , necə , haradan başlamaq lazım olduğunu qeyd edəcək və kod yazmağımıza imkan yaradan kod yazma mühitini ( development environment ) quraşdıracağıq ki , sabahdan kod yazmağa başlayaq artıq . Getdik . Hamıya uğurlar ...

Proqramlama Nədir ?

Öncəliklə proqramlama nədir sualını öz anladığım tərzdə qeyd etmək istəyirəm . Yəqin ki , bu anlayış haqqında çox eşitmisiniz , Proqramlama Dilləri . Proqramlama dilləri vasitəsiylə biz qarşımızdakı o möhtəşəm maşınla - komputerlə əlaqəyə girir , sanki onunla danışırıq, ona müəyyən tapşırıqlar veririk . Proqramlama isə həmin proqramlama dilləri vasitəsilə həyata keçirilən və bizim kompyuterlə danışdığımız bir prosesdir . Əgər bir proqramçı sizdən soruşursa ki , proqramlama bilirsən ? Siz sadəcə hər hansısa proqramlama dilinin kodlarını bilməklə deyə bilməzsiniz ki , bəli , bilirəm , çünki hər hansısa proqramlama dilin kodlarını bilmək hələ proqramla bilmək deyil , əsas olan bildiklərini praktikaya tökmək və proqramla prosesinə başlamaqdır , qarşınızdakı maşınla həmin dildə danışmaqdır . Bunu hər hansı bir dilə də bənzədə bilərsiniz , məsələn , ingilis dili (JavaScript ) . Siz ingilis dilinin (JavaScript'in ) qrammatikasını super şəkildə bilə bilərsiniz , xeyli də söz ehtiyatınız ( kod biliyi ) ola bilər , amma əgər siz qarşınızdakı ingilisi (computer 'i) başa sala bilmirsinizsə , onunla ünsiyyət qura bilmirsinizsə ( proqramlama prosesi ) , öyrəndiklərinizin əhəmiyyəti qalmayacaq . Düşünürəm ki , anlayışda problem qalmadı . Keçək digər suala . Bəs mən sıfırdan başlayıram bu işə - proqramlamaya , necə başlayım , yol xəritəsi nədir ?

Web Proqramlamaya necə və haradan başlamalı ?

Bu sual ilk başlayanda mənim də xeyli araşdırdığım , cavab tapmağa çalışdığım sual idi . Sualın cavabını konkret ver desəniz , mən HTML ilə başlamağı deyərdim konkret . Web səhifələrin təməlində HTML dayanır . HTML 'i siz boş , ağ vərəq listi kimi də düşünə bilərsiniz . HTML ilə siz həmin ağ vərəqin prototipini yaradırsınız və sonra isə HTML kodları ( tağları ) ilə siz ağ vərəqə sadə yazılar yazırsınız ... HTML'dən sonra öyrənəcəyiniz şey CSS olacaq . CSS ilə isə biz həmin yazdığımız yazəlara effektlər veririk , adi bir HTML yazısından düymələr qururuq , yazının rəngini dəyişirik , qutular qururuq və daha nələr nələr . Lakin onu da qeyd edim ki , HTML proqramlama dili hesab olunmur , adının mənası da buna işarə edir ( Hyper Text Markup Language ) , yəni mətn işarələmə dili . CSS isə Cascading Style Sheet deməkdir .Bu da vərəqləri stilləmə , onlara effekt vermədir bir növ ...

Kod yazma mühiti nədir , necə quraşdırmaq lazımdır ?

Kod yazma mühiti - development environment elə bir mühitdir ki , orada bizim kodlarımız çalışır , bu mühiti yaratmağa bizə imkan verən vasitələr Text Editor 'lardır . Kodlarımızı yazmaq üçün biz NotePad , Sublime Text , Atom kimi Text Editor 'lardan istifadə edə bilərik . Mən özüm Sublime Text 3 'ü işlədirəm və sizə də bunu məsləhət görərdim , hansı ki , mən dərsləri izah edərkən bundan istifadə edəcəm . Sublime Text 'in 3'cü versiyasını yükləyinizi məsləhət görürəm . Linkini aşağıda yerləşdirəcəyəm .

Sabah üçün planlarımız

Dostlar , sabaha hər birinizdən xahişim və tələbim odur ki , Sublime Text 'i yükləyəsiniz , hansı ki , linkini aşağıda yerləşdirmişəm . Digər bir xahişim və tələbim odur ki , w3school.com 'dan HTML 'in Styles bölməsinə qədər oxuyasınız ki , anlayışınız olsun .

The First Photo Link : >>>

The Second Photo Link : >>> >

Download Sublime Text 3 Link : >>>

For w3schools.com Link : >>>

Sort:  

Bu yazı Curation Collective Discord Sunucusunda küratörlere önerilmiş ve manuel inceleme sonrasında @c-squared topluluk hesabından oy ve resteem almıştır.
This post was shared in the #turkish-curation channel in the Curation Collective Discord community for curators, and upvoted and resteemed by the @c-squared community account after manual review.
@c-squared runs a community witness. Please consider using one of your witness votes on us here

Öncelikle steemite hoş geldiniz 😃 umarım buranın keyfini çıkaranlardan olursunuz yazılarınızın birçok kişiye faydalı olacağına inanıyorum

Çok beğendim yaxşı bir paylaşım olmuş emeğinize sağlık

Teşekkürler! :)

Bilgilendirici yazı için teşekkürler. :)

Çok sağolun! :)

ingilis dili (JavaScript )

ingilis; bilgisayar mı demek? güzel bir anlatım olmuş hepsini anladım :D

@etasarim , öncelikle teşekkür ederim yorum için . Abi , ben orda ingilis dili ile JavaScript proqramlama dilini karşılaştırarak , aslında her ikisinin konuşma racı olduğunu belirtmek istedim , sadece fark o ki , biri ile insanla konuşuyorsun , biri ile de makina ile . : )

hmmm anladım şimdi ingilis yani İngilizce dili demek tamamdır kardeş. Kaptım olayı

Başarılar , abim .

Congratulations @cameron99 ! You received a 20% upvote from @kryptoniabot & @kryptonia for your task of 40 SUP Today.

Remember to receive votes from @kryptoniabot

Run a task on Kryptonia.*Join free here Kryptonia Account
Use the tags KRYPTONIA or SUPERIORCOIN in your Steemit post.

Delegate to the Kryptonia Upvote by clicking links: 10SP , 50SP , 100SP , 500SP , 1000SP

Due to an increased amount of tasks, we have changed up the voting power to evenly spread out the Upvote amount.