Quantum Fizikası ! ( N.Bohr və A.Eynşteyn)

in #steemix5 years ago

Quantum Fizikasının gətirdiyi yeni düşüncə tərzi, dünyanın dərk etməyin yeni tərzi çox şeyin açarı olmaq üzrədir . Hətta Qərb alimləri belə boyunlarına alırlar ki, bu düşüncə tərzi Qərb insanlarına Şərq insanlarından daha çox təsir edəcək , çünki Şərq buna ta qədimlərdən hazır idi .

Quantum Fizikası inanılmaz bir düşüncə tərzidir . Tək cümlə ilə ilə belə bir nümunə çəkmək olar ki, Gerçəklik deyə bir şey yoxdur , o yalnız siz (müşahidəçi) ona baxdığı zaman var .

Nils Bohr Quantum Fizikasının yaradıcısı olaraq iddia edirdi ki, kainatda hər şey ehtimallara, təsadüflərə bağlıdır , Albert Eynşeyn isə anlamadığı bu yenilik üçün belə deyirdi :" Tanrı zər atmaz".

Artıq Google Quantum Komputerlər üzərində işləyir , təsəvvür edin , ən güclü hesab etdiyimiz komputerlərin 3 aya gördüyü işi , Quantum Komputerlər 1.5 saniyəyə görəcək ...

Quantum Fizikası haqqında yazılarım bundan sonra xeyli olacaq , düzdür , Quantum Fizikasını özüm də tam dərk edə bilmirəm , amma cəhd göstərirəm . Yazılarımda vaxt olduqca Quantum Fizikasına da yer ayıracağam , təbii ki , özümün çətinlik çəkdiyim , dərk edə bilmədiyim bir şeyi izah etməyə çalışmaq da çətin olacaq , buna parallel ola bilsin , fikirlərimdə dəyişiklik olsun . Nə olur , olsun , həm özüm öyrənməyə çalışacağam , həm də öyrətməyə çalışacağam ...

Photo Link 1 : >>>
Photo Link 2 : >>>

Sort:  

Quantum, benim de her zaman ilgimi çekmiştir.

Posted using Partiko Android