FBI ilk dəfə şübhəli şəxsi Face ID ilə smartfonu blokdan çıxartmağa məcbur etdi

in #steemix5 years ago


Keçən il Apple şirkəti iPhone X smrtfonunda Face ID texnologiyasını təqdim edəndən sonra bir çox istifadəçilərdə hüquqi sual yarandı: Hüquq-mühafizə orqanları smartfonu blokdan çıxartmaq üçün istifadəçini smartfona baxmasına məcbur edə bilərlərmi? Forbes-un verdiyi məlumata əsasən FBI ilk dəfə olaraq bu ilin Avqust ayında yaxalanmış şübhəli şəxsi bunu etməyə məcbur edib.

Avqust ayında FBI Grant Michalski adlı şəxsin evində axtarış aparıb. Həmin şəxs uşaq pornosunun yayılmasında şübhəli şəxs qismində çıxış edib. Axtarış icazəsi sayəsində Grant-ın kompüterindəki faylların araşdırılması mümkün olub. Bundan əlavə olaraq axtarış zamanı evdə iPhone X aşkar edilib. Beləliklə FBI iPhone X-i blokdan çıxartmaq üçün həmin şəxsi Face ID texnologiyasındn istifadə etməyə məcbur edib. Bundan sonra isə smartfonun daxilindəki fayllar incələnib.

Sort:  

Congratulations @ibrahimquliyev! You have completed the following achievement on the Steem blockchain and have been rewarded with new badge(s) :

You made more than 900 upvotes. Your next target is to reach 1000 upvotes.

Click here to view your Board
If you no longer want to receive notifications, reply to this comment with the word STOP

Support SteemitBoard's project! Vote for its witness and get one more award!