Azərbaycan xalçaları.

in #steemix6 years ago

İndi fotolarıma göz gəzdirəndə gördüm ki, qalereyamda bir sıra xalça şəkilləri var. Mən qədim xalça və palazları çox sevirəm, indi xalçaların tarixi haqda danışmaq fikrində deyiləm, buna ayrıca bir yazı həsr etmək lazımdır. Sadəcə müxtəlif vaxtıarda çəkdiyim xalça şəkillərini paylaşmaq istəyirəm.

Xalça sənəti mənə çox yaxındır, çünki uşaqlıq illərim xalça toxuma alətləri, yun saplar və onların boyanması və.s bu kimi xatirələrlə doludur. Bibilərim gözəl xalçalar toxuyardılar, bəzən mənə də uzun yalvarışlardan sonra xalça və ya palaza bir neçə ilmə vurmaq xoşbəxtliyi nəsib olardı.
Nənəm isə xalça üçün yun sapları iri dəmir qazanlarda boyayardı, sapların boyama zamanı burnuma gələn xoş qoxusunu indi də xatırlayıram.

Xalçadan fərqli olaraq xovsuz olan palazı toxumaq daha asandır, amma mən palazı daha çox sevirəm. Evin divarlarını və döşəməsini xalça palazla bəzəmək dəbdən düşsə də, mən bunu qəbul etmirəm.

Hər xalçanın bir taleyi var, naxışlarında onu toxuyanın düşüncələri, hissləri gizlənib. Xalçalar da kitab kimidir, onu oxumağı bacarmaq lazımdır. Üzərindəki hər kiçik naxışın, ornamentin belə öz mənası var.
Uşaq vaxtı bunu anlamırdım, illər sonra iş yerimdə xalçalar haqda tapdığım etnoqrafiya kitablarından bütün bunları oxuyub, öyrəndim.

Xalçalarla bağlı başqa fotolarım da olmalı idi, indi yalnız bunlar çıxdı qarşıma.
Ümid edirəm ki, digər fotoları da tapdıqdan sonra xalçalara aid daha bir yazı yazmaq şansım olacaq.

Sort:  

Photolar möhtəşəmdir. Bir dəfə də bu barədə post yazmışdır. Şəki, Qarabağ, Quba xalçaçılıq məktəbləri mövzusunda.

Elə mövzular var ki, onun haqqında dönə-dönə yazmaq istəyirsən. Xalça da onlardandır.

Congratulations @taranaq19! You have completed the following achievement on the Steem blockchain and have been rewarded with new badge(s) :

You received more than 3000 upvotes. Your next target is to reach 4000 upvotes.

Click here to view your Board of Honor
If you no longer want to receive notifications, reply to this comment with the word STOP

Do not miss the last post from @steemitboard:

Be ready for the next contest!
Trick or Treat - Publish your scariest halloween story and win a new badge

Support SteemitBoard's project! Vote for its witness and get one more award!