Mayasız çörək necə hazırlanır.

in #steemix5 years ago (edited)

Bu günlərdə rəfiqələrimdən biri mənə mayalı çörəyin zərərli olduğu haqda məqalə yollamışdı. Son zamanlarda bu tipli məqalələr, video-roliklər çoxalmaqdadır. Bunların hansının bizə uyğun olub olmaması haqda isə artıq biz özümüz qərar veririk.
Amma mayalı çörəyin zərərli olduğunu mən də bilirdim, onu bilirdm ki, mayalı xəmir məmulatları çəkini artırır, piylənmə yaradır. Məqalədə kökəlmə ilə yanaşı, mayanın həm də digər xəstəliklər yaratdığı haqda məlumat verilirdi.

Yazını oxuyanda ilk düşündüyüm şey bu oldu ki, bəs mayasız çörəyi necə bişirmək olar, mayanı nə ilə əvəz edə bilərik?
Mən özüm də tez-tez mətbəxdə mayadan istifadə edirəm. Çörək, bulka, pirojki və. s bişirən zaman mayasız keçinmək mümkün olmur. Xəmirə maya vurmasan, şişib köpməz.
Mayasız bişən çörək kimi yalnız lavaşı xatırladım, lavaş nazik yayıldığı üçün onun bişirilməsində mayaya ehtiyac yoxdur.

13627257_1100873093320406_5486226926064891187_n.jpg

Bu haqda anamla danışanda dedi ki, əvvəllər maya az tapılan vaxtıarda mayasız çörək bişiriərdik. O çörəklər mayalı çörək kimi köpüb qalxmasa da, dadı daha gözəl olurdu.
Və mən xatırladım ki, uşaq olanda bunu nənəmin evində görmüşəm, yəqin o, təbii qidalara öyrəşdiyi üçün hələ də belə çörək bişirirmiş.
Kiçik bir qazanda saxladığı xəmirdən droj kimi istifadə edirdi, o xəmirdən turşumuş qoxu gəlirdi. Buna acıxəmrə və ya balatı deyirlər. Xəmir gəldikdən sonra isə növbəti dəfə xəmir yoğurmaq üçün yeni balatı götürüb qazanda saxlayardı.

13626421_1100873056653743_7198243656843430394_n.jpg

Mənə balatının ilk variantının necə düzəldilməsi maraqlı idi. Bunu öyrənmək üçün internetdə bir az qurdalanmaq kifayət etdi.
Youtube da balatı düzəltməyin reseptini göstərən bir video tapdım. Bir az uzun çəkilmiş bu videoya səbrlə baxdım, indi həmin resepti yığcam şəkildə yazmağa çalışacam.
1 x.qaşığı ağ un, 1x.q qara un, iki x.q soyuq su ilə qarışdırılır, otaq temperaturunda ağzı selafon streçlə örtülərək saxlanılır. Su qaynadılmış və ya isti ola bilməz, sadə kran suyu olmalıdır. İkinci gün bura 1 x.q ağ un və 2 x.q su əlavə olunub yenə yaxşı qarışdırılır.
Bu proses 5-6 gün təkrar edilir. Əgər qab kiçikdirsə dəyişmək lazımdır ki, yeri dar olmasın.
Bir neçə gündən sonra qarışığın üzərində kişik qabarçıqlar görünməyə başlayır və turşumuş qoxu gəlir.
Təxminən bir həftəyə hazır olan balatının yarısını una qatıb xəmir yoğurub çörək bişirmək olar.
Amma mütləq acımış yeni xəmirdən kiçik bir kündə götürüb qazanda və ya bankada gələn dəfə yoğuracağımız xəmir üçün saxlamaq lazımdır.

Bu fikir mənə çox maraqlı göründü və düşünürəm ki, bu yaxınlarda mən də bunu sınaqdan keçirim. Əgər yaxşı alınsa şəklini çəkib paylaşacam.
Demək istəyirəm ki, əgər təbii üsulla nəyisə etmək mümkündürsə, onu həmişə olmasa da bəzən edə bilərik. Həm də nənələrimizin məişət sirlərini öyrənmək və tətbiq etmək maraqlı deyimi?
Əlbəttə burda həvəs də böyük rol oynayır, vaxt sözünü işlətmək istəmirəm, çünki bu çox vaxt bəhanədir.İnsan maraqlandığı hər bir şeyə vaxt tapa bilər istəsə.

Sort:  

Mənim də anam saxlayardı belə. Acıtma deyirdik adına.

Mən də düzəltmişəm dünən, görək necə alınacaq.

Congratulations @taranaq19 ! You received a 15% upvote from @kryptoniabot & @kryptonia for your task of 800 SUP Today.

Remember to receive votes from @kryptoniabot

Run a task on Kryptonia.*Join free here Kryptonia Account
Use the tags KRYPTONIA or SUPERIORCOIN in your Steemit post.

Delegate to the Kryptonia Upvote by clicking links: 10SP , 50SP , 100SP , 500SP , 1000SP

Due to an increased amount of tasks, we have changed up the voting power to evenly spread out the Upvote amount.

"Günün yazısı" @bot-az və curation traili tərəfindən dəstəklənmişdir. Təşəkkürlər.

Super olmuşş ımmmm bəh bəh Əllərinə salığ

Çox sağ ol


Bu yazı Curation Collective Discord Sunucusunda küratörlere önerilmiş ve manuel inceleme sonrasında @c-squared topluluk hesabından oy ve resteem almıştır.
This post was shared in the #turkish-curation channel in the Curation Collective Discord community for curators, and upvoted and resteemed by the @c-squared community account after manual review.
@c-squared runs a community witness. Please consider using one of your witness votes on us here

Congratulations @taranaq19! You have completed the following achievement on the Steem blockchain and have been rewarded with new badge(s) :

You received more than 4000 upvotes. Your next target is to reach 5000 upvotes.

Click here to view your Board of Honor
If you no longer want to receive notifications, reply to this comment with the word STOP

Do not miss the last post from @steemitboard:

Meet the Steemians Contest - Intermediate results

Support SteemitBoard's project! Vote for its witness and get one more award!