Pizza.

in #steemix5 years ago (edited)

Deyilənə görə pizza ilk dəfə İtaliyanın Neapol şəhərində bişirilib, əvvəllər italyanlar pizzanın üzərinə yalnız tomat sousu və holland pendiri qoyardılar. Bu indiki məşhur "Marqarita" pizzasıdır.
Pizzanı yalnız öz şəhərimizin restoranlarında yemişəm, hələ ki, Neapolda pizza yemək qismət olmayıb. Amma öz bişirdiyim pizza bütün yediyim pizzalardan daha çox xoşuma gəlir. Son bir neçə ildə bişirməyə başlamışam, ilk gündən evdəkilərin də xoşuna gəlib.
Evdə bişən pizza dadlı olduğu qədər, həm də qiymət baxımından sərfəlidir.

20181119_181723.jpg

Resepti asandır, daha doğrusu əl altında olan ərzaqlarla zövqə uyğun müxtlif pizzalar bişirmək olar. Əsas odur ki, xəmiri yumşaq və nazik olsun.Xəmir yaxşı olarsa, deməli pizza uğurlu alınacaq.
Resept: Xəmir- 1 yumurta, 2 x.q bitki yağı, 1x.q xama(olmasa qatıq da olar), 0,5 ç.q duz, 0,5 ç.q.şəkər tozu, 0,5 ç.q maya, 0,5 st isti su, apardığı qədər un.
Əgər evdə xama və ya qatıq yoxdursa, onu mayonez və ya kəsmiklə əvəz etmək olar. Yumşaq xəmir yoğurub isti yerdə saxlayırıq. Acıyandan sonra yumru soba listinə nazik formada yayırıq.(xəmir çox olarsa qalanını sellafona büküb soyuducunun buz dolabında saxlaya, və növbəti dəfə pizza bişirə bilərsiniz)

20180608_183233.jpg

Listə yayılmış xəmirin üzəri örtülüb bir saat dinləndirilir və xəmir bir az da şişir. Sonra xəmirin üzərinə ketçup sürtülür,doğranmış kolbasa və ya sosiska düzülür. 2 ədəd yaşıl bibər, 2 ədəd pomidor da doğranıb səliqə ilə pizzanın üzərinə düzüıür. 2-3 diş sarımsaq sürtgəcdən keçirilərək bütün bu ərzaqların üzərinə səpilir.
Ən sonda isə holland pendiri ərzaqların üzərini örtənədək sürtgəcdən keçirilir və pizzanı 180-200 dərəcə qızdırılmış sobaya qoyuruq. 20 dəqiqəyə pizza hazır olacaq. Bu pizzada sarımsaq və xəmirin bir saat saxlanılması çox vacibdir, sarımsaq pizzaya xüsusi dad verir.
Bundan başqa mən toyuğun döş əti və göbələklə də pizza bişirirəm. Sosiska və kolbasanı sevməyənlər bu ərzaqlarla eyni üsulda pizza bişirə bilər.

20181119_183319.jpg

20181119_181832.jpg

Sort:  

Əla. Qismət olar bir gün öz açdığınız Pizza restoranında sizin əllərinizdən dadarıq bu möhtəşəm görünüşlü Pizzanı. :) Uğurlar.

Təşəkkür edirəm, nə gözəl arzudu, ürəyimdən xəbər verdiniz:)

Ellerine sağlık arkadaşım :)

Teşekkür ederim:)