Domen kimə məxsusdur?

in #tr3 years ago

Salam dostlar.
Bu gün sizə qarşınıza çıxan sayt domenlərinin kimə və ya hansı şirkətlərə məxsus olduğunu asanlıqla tapa biləcəyiniz saytlar haqqında bilgi vermək istəyirəm.

web-1935737_1920.png

İlk olaraq Azərbaycanda istifadə olan saytlar haqqında bilgi almaq üçün istifadə edəcəyimiz sayt haqqında yazmaq istəyirəm.

  • https://smarthost.az/ bu sayta daxil olaraq siz domen sonluğu "az" ilə bitən saytları axtarışa verə bilərsiniz.

Məsələn: Test üçün "axar.az" Azərbaycan xəbər saytının kimə məxsusluğunu yoxlayaq.
İlk öncə sayt adını açılan pəncərəyə daxil edirik. "axar" sözünü daxil etdikdən sonra müvafiq pəncərədən sayt sonluğunu tapırıq, bu saytda domen sonluğu "az" olduğu üçün bunu seçirik.

image.png

Son olaraq axtarış veririk. Və domenin kimə məxsus olduğunu görürük. Ola bilər ki, domen kimliyini gizlədilmişdir. Yəni domen alarkən şirkətlər var ki, müəyyən pul müqabilində domen kimliyini gizlədirlər.

image.png

"Whois" hissəyə klik edirik. Bu zaman domenin kimə məxsus olduğu üzə çıxır.

image.png

"axar.az" domeni Aynur Quliyeva Camal qızı, [email protected] məxsusdur.

İndi qlobala keçsək bu sayt bizə imkan verməyəcək ki, domen sonu "com" olan domenlərin kimə məxsusluğunu yoxlayaq.

  • Bu zaman https://www.whois.com/ saytı bizim köməyimizə çatır. Eyni prosesləri burda da ardıcıllıqla yerinə yetirik.

image.png

Yenə "whois" hissəyə klik edirik. Və domenin hansı şirkətə məxsusluğunu açıq-aydın görmüş oluruq. Burada hansı ölkəyə və son olaraq nə zaman yeniləndiyi və domenin istifadə müddətini görmüş oluruq.

image.png

Hal-hazırda fəaliyyət göstərdiyimiz Steemit.com-u axtarış edək.

image.png

Göründüyü kimi 2016-cı ildə alınmış domen və 2026-cı ilə qədər vaxtımıza var :)

image.png

Dəyərli dostlar, bu kimi sizə faydalı ola biləcək məlumatlar haqqında postları tez-tez görmək istəyirsinizsə məni izləməyə ala bilərsiniz və dəstək ola bilərsiniz.

Steemit post

Sort:  

Merhaba revan kardeş, steemit hıve platformları çok değişmiş ben de arada bakıyorum eskilerden kimler var diye.😀 Yazını görünce merhaba diyeyim dedim

Selam, nasılsın, evet çok deyişmiş, işler nasıl? sen de geri döndünmü?

Çok şükür iyiyim. İşler güçler hayat telaşesi işte, mücadeleye devam. Ben de geri döndüm fırsat buldukça paylaşımlar yapacağım inşallah:) eski kardeşlerimizi görmek çok güzel. İnsan yabancılık çekmiyor.